reklam
Bir gəlsən... Bir gəlsən... http://sun.az/uploads/posts/2017-09/1504698930_2jqomq.png
Kukulka

Kukulka Sevgi 6-09-2017, 15:54

Bir gəlsən...

Bir gəlsən...
Bir gəlsən...


Gecə düşərdi, ulduzlar çıxardı. Qara buludların arxasından Ay çıxardı bizə baxardı. Həyətin ağaclarına ipdən yelləncək çəkərdim, uzanardıq. Bir kitab seçərdin, məndə oxuyardım sənə. Başını qoyardın tam bura, sinəmə, köksümün üstə. Saçların əllərimin vətəni olardı, oxuyardım səndə dinlərdin. Yuxun gələrdi, yuxuya gedərdin. Oyatmağa qıya bilməzdim, üzünə tamaşa edərdim. Sənə elə susardım sanki bir musiqi dinləyirmiş kimi. Kipriklərinə baxardım. Saçlarına, gözlərinə, dodaqlarına, qaşlarına, o kiçik burnuna nə bilim baxardım. Şükür edərdim Allaha. Özümə sual edərdim, deyərdim ki “sən bu gözəlliyi, bu özəlliyi həqq edirsənmi?” cavab tapmazdım yenə söyərdim. Bəzən olur da, insana verilən həqq etdiyindən daha çox olur və sırf haqqın üçün istəməzlik edərsən, onun kimi. Məsələn sənin verdiyin sənsizlik kimi. İndilərdə də sual edirəm özümə, deyirəm ki: Mən bu sənsizliyi həqq edəcək nə etdim? Bilmirəm. Olsaydın burda, gecələri ulduzları izlərdik. Birgə yemək bişirərdik. Gecənin 5-ində yuxuma girməzdin, yuxudan oyanma səbəbim olmazdın. Saçlarına oxşayardım. Film seçər, film izlərdik. Bizim film olardı. Biz deyə biləcəyimiz bizim film olardı. Tərgitmişəm daha filmə baxmıram. Gecələri şeir yazardım, sabahları şeirlə oyanardın. Nə bilim. Burda olsaydın çox sevərdim. İndi yoxsan, heç sevmirəm, sevə bilmirəm içində SƏN olan SƏNsizliyi. Bir gəlsən də qurtulsam deyirəm. Möcüzələrə inanmaram ama sənin gəlişin möcüzə olar, gəl.


Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
391 342 337 366 380 309

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.