reklam
Pəhrizsiz arıqlamağın 10 qaydası Pəhrizsiz arıqlamağın 10 qaydası http://sun.az/uploads/posts/2016-03/thumbs/1459015406_119622.jpg
♥Ziya♥

♥Ziya♥ Sağlamlıq 26-03-2016, 21:03

Pəhrizsiz arıqlamağın 10 qaydası

Pəhrizsiz arıqlamağın 10 qaydası



Arıqlamaq, gözəl formada qalmaq, lakin gününzü pəhrizlə keçirmək istəmirsiniz? Bu təklif sizin üçündür....

Pəhriz etmədən formada qalmaq istəyənlər üçün 10 ideal yol təklif edirik:


Özünüzü məhrum etməyin

Ürəyiniz istəyən şeylərdən tamamilə əl çəkməyin. Amma çalışın bəzi şeyləri, xüsusilə şokolad, şiniyyatı bir ədəd yeməklə kifayətlənin.

Yuxusuz qalmayın

Metabolizmanın sürətlənməsi üçün yuxunun böyük payı var.

İdman imkanını qaçırmayın

Hər imkanda idman hərəkəti edin. Məsələn, lift yerinə pilləkən, maşın yerinə piyada gəzməyi seçin.

Duyğuları yeməyə qatmayın

Xüsusilə qadınlar duyğularını yeməyə qatmağı sevirlər. Bəziləri kədərlənəndə, bəziləri isə sevinəndə yemək yeyir. Çalışın bu hissləri meyvə ilə ötürün.

Yaşıllıq

Yeməkdən öncə salat yeyin. Boşqabınıza salatı çox qoyun ki, isti yemək üçün mədənizdə yer az qalsın.

Səhər yeməyi

Səhər yeməyi həm pəhriz, həm də sağlamlıq üçün çox vacibdir. Səhər yediyiniz bütün gününüzə təsir edir.

Tərəzidən qaçmayın

Qadınlar gerçəklərdən qorxduqları üçün tərəzilərdən qaçmağa başlayırlar. Amma bu, sizi arıqlatmayacaq. Gerçəkliklə üzləşmək və dəyişiklik görən kimi bir an öncə hərəkətə keçmək lazımdır.

Kompleksiz olun

Arıq olmaq həmişə sağlam olmaq deyil. Artıq kilolarınıza görə, özünüzə qapanmayın və özünüzü olduğu kimi sevin.

Dolana qədər yox, doyana qədər

Yavaş-yavaş yemək doymaq hissini anlamağınıza yardım edə bilər. Tez-tez yeyəndə həm dayanmaq, həm də toxluq hissini hiss etmək çətinləşir.

Seçici olun

Ən zəngin süfrədə olsanız belə, boşqabınızı hər şeylə doldurmayın. Hər şeydən az-az yeməyə çalışın.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
278 343 301 315 327 278

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.