reklam
Qeyri-adi sevgi etirafı Qeyri-adi sevgi etirafı http://sun.az/uploads/posts/2017-08/1502223983_1486484394_16387375_1806885326303163_4876144763980570611_n.jpg
Ulya

Ulya Sevgi 9-08-2017, 01:00

Qeyri-adi sevgi etirafı

Qeyri-adi sevgi etirafı
Qeyri-adi sevgi etirafı


Küveyt paytaxtının sakini qarşıdan gələn Sevgililər Gününü və sevdiyi qızın ad gününü qeyri-adi şəkildə qeyd etmək qərarına gəlib. Bunun üçün o, şəhərin əsas piyada körpüsündə canlı güllərdən urək formasında buket quraşdırıb. Trend-in məlumatına görə, bu barədə Rusiya KİV-i Küveytin "Əl-Baraka" telekanalına istinadən xəbər yayıb.



Mərkəzdə üzərində romantik yazı olan al-qırmızı qızılgüllərdən hazırlanmış qırmızı ürək hər gün şəhərin körpünün altındakı əsas avtomagistralından keçən təkcə bir qızın diqqətini cəlb etməlidir.


Ancaq bu sevgi etirafı hərəkətin sıx olduğu yolda tıxaclara gətirib çıxarıb. Çünki hədiyyənin yanından keçən sürücülər aşiqin cəsarətli hədiyyəsinə sadəcə olaraq baxmağı deyil, həm də onun şəklini çəkməyi özlərinə borc bilirlər.


İndi "körpüdə ürək" şəkilləri Küveytdə sosial şəbəkələrdə rekord qırır. Küveytin yol polisi isə paytaxt avtomobillərinin hərəkətini pozmuş bu azömürlü "etiraf"ın nə vaxt solacağını və körpüdən yox olacağını səbirsizliklə gözləyir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
329 283 294 298 304 297

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.