reklam
Sadəcə sevəcəm Sadəcə sevəcəm http://sun.az/uploads/posts/2017-08/1501741072_1394435731_5o9er9umso.jpg
Ulya

Ulya Sevgi 3-08-2017, 15:35

Sadəcə sevəcəm

Sadəcə sevəcəm
Sadəcə sevəcəm


Çox uzaqdasan indi. Aramızda uzun yollar, məsafələr var. Bəlkədə xoşbəxtsən.. Bəlkədə, dediklərinə, etdiklərinə görə heç vicdan əzabıda çəkmirsən. Ama mən... Heçdə xoşbəxt deyiləm. Demirəm yaslara batmışam. Ancaq hər sənin adın gələndə, hər səninlə bağlı bir xatirə olanda, hər mahnıya qulaq asanda sən gəlirsən ağlıma. Canım yanır.. Olsun sevgilər belə olur həmişə. Sevgi deyendə gərçək sevgini nəzərdə tuturam. Bu mənim sənə olan sevgimin gücüdü.

Sənə güvənirəm deyə bilmərəm. Çünki, sənə güvəndiyim zamanlarda məni yarı yolda buraxdın. Bunuda unutmayacam.. Heç vaxt... Səni necə sevdiyimi, güvəndiyimi bəlkədə bir tək Allah bilirdi.

Səni coxdan tanıyırdım. Ama o gün.. 2011-ci il mart ayı.. Sən birdən-birə, gözləmədiyim anda elə qəlbimə girdinki, səni bu günə qədər, heç vaxt unutmadım. Səni düşündüm, xəyallar qurdum. Gündən-günə bağlandım sənə. Mən sənin başqa, ayrı, hər kəs kimi olmadığını düşündüm. Ama zaman sənində gərçək üzünü göstərdi. Sənin mənə dediklərin, etdiklərin ağır zərbə oldu mənə. Düzü, səndən gözləmirdim.. Sevmədiyinidə bilirdim.

Ama sırf səsini eşitmək idi niyyətim. Bitdi dedim. Ama dözə bilmədim, yenə qayıtdım sənli, ama daha çox sənsiz günlərə.. Sonra artıq olmaz dedim və "birdə danışmayaq" dedim. Səbəbini özündə bilirdin.. Məni sevmirdin.. "Səni sevirəm" deyəndə inanmır, mənimdə o birilər kimi olduğumu düşünürdün bəlkədə.

İndi sənin yerini doldurmağa çalışan çoxu var. Bəlkədə məni səndən çox sevən. Bilmirəm.. Bəlkə də, yox. Bəlkə də, olarda sənin kimidi. Hər nə olursa olsun. Bu ürəyimə mən sənin adını yazmışam. Bilmirəm, bəlkə də, nə vaxtsa sevərsən.. Ama artıq mənim güvənim, qəlbim bir dəfə sən tərəfindən qırılıb.. Qəlbimdə artıq sənə qarşı nə inam, nə güvən, heç biri yoxdu.. Bundan sonra səni sədəcə sevəcəm...

Birdə bu həmişə belədir:
Sevənim: Çox
Sevgilim: Yox
Sevdiyim: Bir tək "Sən"


Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
366 343 347 295 335 335

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.