reklam
Səni sevirəm, Qal mənimlə! Səni sevirəm, Qal mənimlə! http://sun.az/uploads/posts/2017-06/1497648070_seni-sevirem-qal-menimle.jpg
amon

amon Sevgi 17-06-2017, 01:20

Səni sevirəm, Qal mənimlə!

Səni sevirəm, Qal mənimlə!
Səni sevirəm, Qal mənimlə!
Səni Sevirəm - sevgilərin ən gözəlini Sənə vermək üçün.
Səni düşünürəm gecələrcə - ən gözəl xəyalları Sənə yaşatmaq üçün. Nə varsa sənə həsr etdim əllərimdəki, sənə həsr etdim ürəyimin hər zərrəsini. Sən sev məni, sən qucaqla ürəyimin hər küncünü. 

Bir tək, səni yazdım taleyim deyə, bir tək səni istəyirəm hər şeydən çox. Sən olmasan mənasız olar dünya, mənasız olar yaşamaq. Gülürəmsə, xoşbəxtəmsə bil ki, bu sənin əsərindi. Bir tək Sənin qollarındaykən yaşamağı sevərəm, sənin qollarındaykən ağrıları unudaram.

Heç bir zaman izah edə bilmərəm səni sevməyin dadını, və doymaz ürəyim, doymaz əllərim, bədənim, səni sevməyə. Mən sevirəmsə özümü sən sevdiyin üçündür məni, və sevirəmsə səni mənə sevməyi öyrətdiyin üçündür. Sevə bildiyim tək insan sən olduğun üçündür.

Bilirəm ki, nə vaxt dolsa gözlərim bir an ağrıyla, sən siləcəksən gözyaşlarımı. Nə vaxt sarılacaq bir bədən axtarsam, sən qucaqlayacaqsan məni. Və, sənin istiliyində tanıyacağam şəfqəti. Səninlə güləcək, səninlə ağlayacağam. Bildiyim tək gerçək sən olacaqsan həmişə.

Mən, ən gözəl şeirlərimi sənə yazacağam. Ən gözəl xəyallarımı səninlə yaşayacağam, sən yetər ki, sabahlar da bu günkü kimi sev məni. Sənin sərxoşluğundan heç ayılmasın ürəyim, və əcələ qədər mənimlə qal, tək mənimlə.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
425 409 458 404 405 451

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.