reklam
Artıq hər şey mənasızdır Artıq hər şey mənasızdır https://sun.az/uploads/posts/2017-06/1497281637_men-her-zaman-seni-seveceyimi-dushunurem.jpg
amon

amon Sevgi 23-06-2020, 14:48

Artıq hər şey mənasızdır

Artıq hər şey mənasızdır
Mən hər zaman səni sevəcəyimi düşünürəm, inanıram da. Səbr edəcəyəm, gözləyəcəm sənin yolunu, bəlkə də bir gün gəlib xoşlandığını, sevdiyini deyəcəksən... Bilirsən həyatım artıq yalnız "bəlkələrdən, kaşkilərdən, nəysələrdən" ibarət olub... Hər gün deyirəm də bəlkə sevir, bəlkə sevər... Bəlkə bir yerdə olarıq... Kaş deməzdim, etiraf etməzdim, alçaltmazdım özümü... Ya da kaş ki, o an sevdiyini deyərdin çətin də olsa... Kaş belə olmazdı... Öz qürurumu sənin yanında sındırmazdım... Kaş mənim adımı çağırardın... Nə isə soruşardın, axı möhtacam buna mən... Yoxsa layiqəmmi hər gün üzünü uzaqdan görüb, lakin heç nə deməməyə? Layiqəmmi heç səsini belə duymamağa... Layiqəmmi səni bir başqasıyla xoşbəxt görməyə? Eh nəysə... Artıq boş ümidlərin heç bir xeyiri yoxdur. Boş-boş xəyalların da xeyiri yoxdur...

"Kaşların, bəlkələrin" də xeyiri yoxdur. Nəysə, artıq hər şey mənasızdır, yalnız səbr etmək və yolunu gözləmək qalır, insafsız..

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
277 287 292 324 332 291

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.