reklam
Bir tək sən əksiksən Bir tək sən əksiksən https://sun.az/uploads/posts/2017-02/1486641432_girl-alone-thinking-thoughts-standing-near-tree-image-800x600.jpg
amon

amon Sevgi 29-05-2020, 13:13

Bir tək sən əksiksən

Bir tək sən əksiksən
Pəncərəmdən günəşin batışını seyr edirəm, sənsizliyimlə bərabər. Qəlbimdə olan sənlə danışıram, dəli olmuş kimi. Xəyal edirəm yanımda oluşunu, əlimi tutuşunu, saçımı oxşayışını. Xəyal edirəm uzaqda olan səsini, baxışlarını. Sadəcə xəyal... 

Quşlar belə kədərləndi bilirsənmi? Sanki anladılar gözümdən süzülən həsrəti. Sanki məni təsəlli etmək istərcəsinə oxuyurlar sevgi nəğmələrini... Günəş belə batmağa tələsdi məni gördükdə. Yığdı saçaqlarını, tərk etdi səmanı ağlarcasına. Laki o səmasına sübh tezdən qovuşacaq, mənsə yenə sənsiz nəğmələrimlə rəqs etməyə davam edəcəyəm.

Səbəbi mənə bəlli olan bir alovda yanıram. Qıvranışlarım boş, qışqırıqlarım səssiz, sözlərim müəmmalı. Yenə sənsizliyimi xatırlatdı bir axşam çağı... Yenə qandalları qırıldı yaralarımın, yenə tərk etdi xoşbəxtlik həyatımı, yenə hökümranlıq edir boş xəyallar. Əslində dərdim səsizliklə əsən küləklər, hökümranlıq sürən məsafələr. Əslində dərdim. Səni sənsiz yaşamaq sevdiyim. Səni sənsiz yaşamaq...

Qarşılıqlı sevginin, məsafələrə lənətinin, əsəri düşdü gündəliyimə, günəşin batışında, xəlvətcə...

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
402 358 413 350 391 344

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.