reklam
Sənə olan sevgimdən yazdım Sənə olan sevgimdən yazdım http://sun.az/uploads/posts/2016-08/1471672759_large-2.jpg
_sabrina_

_sabrina_ Hekayələr 30-08-2016, 23:45

Sənə olan sevgimdən yazdım

Sənə olan sevgimdən yazdım
Sənə olan sevgimdən yazdım

Elə belə yox, sözün əsl mənasında sevirəm. Hər gün səni görmək istəyirəm,sənə toxunmaq, Qoxunu içimə çəkib, ömrüm boyunca bu qoxuyla yaşamaq. Səni bir də heç vaxt itirməmək üçün tapmaq istəyirəm. Sən olmayanda dünya dursun, zamanın əqrəbləri kilidlənib qalsın. Bütün bağlı qapılar tək sənin gülüşünlə açılsın istəyirəm. Səni sevmək üçün yaşamaq. Sənə qovuşmaq üçün ölmək istəyirəm. Arzularında həyat tapmaq, xəyallarında yox olmaq, ümidsiz hallarında bir ümid qırıntısı olub qəlbinə dolmaq istəyirəm.

Əllərini bərk-bərk tutub bir də heç vaxt buraxmamaq, Sənin nəfəsinlə nəfəs almaq, baxışlarında itib-batmaq istəyirəm. İçində sənin olduğun hər şeyi istəyirəm. Ağlayanda göz yaşlarını silib hər şey yaxşı olacaq ,mən burdayam, mən səninləyəm deyib, Kədərinə şərik olmaq, Xəstə yatağının başında səhərə qədər yuxusuz qalmaq, Sənə bir fincan çay dəmləyib əvəzində dünyalara dəyişmədiyim gülüşünü almaq. Varlığının məni necə də xoşbəxt etdiyini düşünərək ölmək istəyirəm.

Ölüncə sevgini köksümdə duymaq vəəə.Səni yenidən qucaqlaya bilmək ücün yaşama qayıtmaq, Səni xoşbəxt etmək üçün çırpınmaq, Hər sabah doğan günəşin yerinə pəncərənə işıq saçmaq. Bütün varlığımla yanında,sənin olmaq istəyirəm. Bəzən mən olmaqdan çıxıb sən olmaq istəyirəm. Arzularımı, ümidlərimi, xəyallarımı,mənə aid olan hər şeyi bir qutuya toplayıb, mənə üsyan edib.

Sənin üçün döyünən ürəyimlə birlikdə sənə bağışlamaq Və sonsuzadək yanında, səninlə qalmaq istəyirəm, şıltaqlıq edib küsəndə, saçlarımı oxşayıb, susqunluğunla bağışla deməyini, Könlümü almaq üçün hər yola əl atmağını, Sonra əldən düşüb, ehh mən də səndən küsürəm deyərək, aramızdakı bütün buzlari əritmək üçün çırpınmağını istəyirəm.

Hər sabah oyanıb gül üzünü görmək.Səninlə susamaq və səninlə doymaq istəyirəm. Gözlərinə doyunca baxmaq. Uşaq kimi əlimdən tutub, yanımda qal dəyərək yuxuya getməyini görmək.Əlimi hər uzatdığımda sənə toxuna bilmək. Qəlbini ovuclarımın arasında tuta bilmək və onu itirməmək üçün mümkün olmayan hər şeyi etmək istəyirəm.


Əmin olduğum tək şey budur ki: Mən təkcə səni istəyirəm Səni dünyada var olan hər şeydən çox istəyirəm. Sən mənim hərşeyimsən Səni sevirəm...

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
372 404 392 350 368 315

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.