reklam
Son bir dəfə daha sev məni Son bir dəfə daha sev məni http://sun.az/uploads/posts/2015-12/thumbs/1449865271_1384264972_am.jpg
♥Мой Мир♥

♥Мой Мир♥ Sevgi 11-12-2015, 23:20

Son bir dəfə daha sev məni

Son bir dəfə daha sev məni

Son bir dəfə daha sev məni bir dəfə daha uzat əlini, bir daha sınayaq! Başqa bir bahar olar bəlkə bu səfər, bəlkə bacararıq sevməyi, nə deyirsən?
Hansıki o uzun illər birlikdə yerimiş cütlər kimi, hansıki biri ölüncə digəri çox qala bilməyən yaşlı amma çox böyük sevdalar kimi olarıq bəlkə, kim bilər?
Bir dəfə daha sev sən məni, bir dəfə daha sına gözlərimdə əriməyi. Nəyi səhv etdinsə, onu etmə bu səfər.
Mən nəyi etmədinsə ona olmazz soyus isletmek qalım….
Heç bir gecə yarısı söhbətində döyüşməyək. Nə mən xatırlayım o pis günləri, nə sən, hər şeyi ən başdan başlayaq. Olmaz? Olar bəlkə!
Gəl indi heç bilmədiyimiz yolla gedək səninlə, heç yerimədiyimiz kimi yeriyək və heç sevişmədiyimiz kimi toxunaq bir daha bir birimizə.
Hansı qaranlıq yanımıza gəlmişsə keçmişimiz, onu unudaq bir pıçıltıda.
Mümkünsə bir dəfə daha yazaq bağlanan kitabımızı , amma bu dəfə ayrı-ayrı deyil, bu səfər yan-yana yazaq!
Bir dəfə daha sev sən məni, daha əvvəl sevməmisən kimi, ürəyin ürəyimi heç görməmiş kimi… Kəşf et məni, görəcəksən nə qədər çox dəyişdiyimi və bəlkə başqa bir dərinlik tapacaqsan ürəyimdə və bu səfər ona tutulacaq ağılın, kim bilər?
Bir dəfə daha sev sən məni, bax baxaq fərqli rənglərdə də rəqs edirmi ürəyin? İllər keçdi dəyişdik ikimizdə. Elə ya, həyat da dəyişdi bizi! İndi fərqli bir mahnı söyləyirik bəlkə və artıq eyni mahnının sözləri olarıq birlikdə.
Sən bir daha sevməyi sına məndə, yeni doğulmuş bir körpə və ya günəş kimi…. Bacara bilməzsək, mən bir dəfə daha öləcəyəm səninlə, keçmişin xatirələri heç silinməmiş kimi…
Mən hər dəfə sənin üçün öldüyümdə yenidən sənə görə doğulmaq üçün mütləq bir ümüd saxlayaram. Narahat olma...

Son bir dəfə daha sev məni

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
408 452 408 378 388 388

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.