reklam
Stressdən Qurtulmağın Yolları Stressdən Qurtulmağın Yolları http://sun.az/uploads/posts/2018-03/thumbs/1520523855_most-stressful-jobs-in-south-africa.jpg
_Yildiz1_

_Yildiz1_ Sağlamlıq 8-03-2018, 19:43

Stressdən Qurtulmağın Yolları

Stressdən Qurtulmağın Yolları

Stresslə necə mübarizə aparıb ,sakit və müvazinətli həyat ilə yaşamaq olar? Stressin qarşısını almaq üçün mövcud üsullar heç də az deyil,lakin,məhz indi ondan nə yol ilə qurtulmaq olar? Sizin nəzərinizə,tez və asan şəkildə ,gözlənilmədən məskən salan stressə qalib gəlmək üçün 7 məsləhət çatdırıram.


1. Gəzməyə çıxın,və tələsmədən bir dondurma yeyin.
Xırda fiziki hərəkətlər təmiz hava ilə vəhdətdə başı lazımsız fikirlərdən təmizləməyə kömək edir,dondurma yemə prosesi isə əvəzolunmaz zövq və istirahət mənbəyidir. Qıcıqlanan zaman adətən hərəkətlər sürətli olur,və hər şey tələskənlik içində icra edilir. Əks əlaqə elə bundadır: çalışın yavaş-yavaş yeriyin,əhatənizdən zövq alın,həmçinin dondurmanın dadından. Tezliklə özünüzü daha yaxşı,daha rahat hiss edəcəksiniz.

2. 30 dəfə dərindən nəfəs alın.
Bu mənim bildiyim üsullar içində demək olar ki,ən məhsuldar olanıdır.O sadədir,qısamüddətlidir,siz onu istənilən vaxt istənilən yerdə edə bilərsiniz.
Deməli: rahat vəziyyətdə əyləşin,əlləri qarın üstünə qoyun,yavaş yavaş burun ilə havanı çəkin (ağciyərə deyil də,sanki havanı qarına doldurursunuz kimi,düzgün icra etdikdə əlləriniz qarının necə dolduğunu hiss edəcək. Yavaş-yavaş burunlə nəfəs verin.Nəfəs verdikcə bir az qarnınızı gərginləşdirin ki,tam buşalıb,deməkolar ki,belinizə yapışsın.
Bu alqoritmi 30 dəfə təkrar edin,dərindən nəfəs alıb-verin və mütləq onları sayın. 30 nəfəs alıb-vermədən sonra özünüzü xeyli rahatlaşmış,boşalmış hiss edəcəksiniz. Bundan başqa,bədəniniz yenə və yenə nəfəs almağı davam edəcək,siz bunun heç fərqinə varmayacaqsınız.

3. Bu dəqiqə sevinmək üçün 5 səbəb tapın.
Sevinmək -pis əhvalın dərhal yaxşı əhvala dönməsi üçün ən effektiv yollardan biridir. Ola bilər ki,səbəblərdən biri günəşli gün,özünüzü yaxşı hiss etməyiniz,dadlı bir xörək,yanınızdan keçən gözəl bir qız və ya yaxşı bir film olsunhansına ki,axşam baxmağa hazırlaşırsınız.

4. Bu gün yerinə yetirilməsi gərəkən 3 daha önəmli işilərinizin siyahısını yazın.
...və birini digərinin ardınca icra edin. Qalan işlərə görə narahat olmayın,yalnız biri ilə məşğul olun,yadda saxlayın ki,heç bir iş ilə məşğul olmamaq çox vaxt depressiv situasiya yaradır. Ən çətin işin icrasından sonra özünüzü nəinki sərbəst,həm də fikrinizi daha da cəmləşmiş hiss edəcəksiniz,işinizin bəhrəsini görmək məmnunkuq hissi yaradacaq və bu növbəti fəaliyyət üçün güc mənbəyidir.

5. İş yerinizi səliqəyə salın.
Təmiz və orqanizə olunmuş iş yeri zəka aydınlığını təmin edir. Məhz indi,təmizlik üçün 5 dəqiqənizi ayırın. Bunu müntəzəm olaraq etmək kimi bir vərdişə yiyələnsəniz,həm tər-təmiz iş yeriniz olacaq,həm də işinizə olan diqqətiniz xeyli artacaq.

6. Kitab oxuyun.
Bu axmaq səslənə bilər,lakin,şəxsən mən stress yaşayanda kitab oxuyuram və bu məni sakitləşdirir. Mən bilmirəm niyə bu baş verir,ola bilsin ki,bu uzun və olduqca enerjiverici bir kitabın üzərində bir neçə dəqiqəlik diqqət cəmləşməsinin nəticəsidir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
246 262 314 279 231 261

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.