reklam
Samirə həyat yoldaşından yenə ayrıldı - video Samirə həyat yoldaşından yenə ayrıldı - video http://sun.az/uploads/posts/2018-03/1520426703_1.jpg
Kənan Heydərov

Kənan Heydərov Məşhurlar 7-03-2018, 16:46

Samirə həyat yoldaşından yenə ayrıldı - video

Samirə həyat yoldaşından yenə ayrıldı - video
Samirə həyat yoldaşından yenə ayrıldı - video

“Əvvəllər elə bilirdim ki, xoşbəxtlik hər zaman olur. İllər öncə deyirdim ki, artıq mən xoşbəxtəm. Amma elə xoşbəxt anlar olur ki, insanın ömründə, yaddaşında iz buraxır. Bu gün xoşbəxtliyim çoxdur, amma tam deyil. Bu da arada bir mənə sıxıntı, acı verir”.

Axşam.az-ın məlumatına görə, bu sözləri aşıq Samirə Əliyeva “Show time” verilişinə açıqlamasında deyib.

Sənətçi xoşbəxtliyindən, şəxsi həyatından danışıb:


“Allahın bu gününə çox şükür olsun. Mən həyatın imtahanlarından keçmişəm deyə ən böyük xoşbəxtliyim sağlamlığımdır. Sonra da işimin olması, heç kimdən aslı olmamağım, övladlarımdır. Bircə çatışmayan həyat yoldaşıdır. O da ki, öz taleyimlə barışmışam. Allah başqa sıxıntılardan qorusun”.

Samirə onu da əlavə edib ki, üçüncü dəfə ailə qurmayacaq:

“Artıq bu kitab mənim üçün bağlandı. Maşallah qızım böyüyüb, bu gün, sabah elçiləri gələn vaxtıdı. Amma belə bir deyimdə var ki, “heç vaxt “heç vaxt” demə”. Buna pis də baxmıram. Əvvəl düşünürdüm ki, insanlar nə deyər? İndi o tənqidlərə də fikir vermirəm. Bəlkə də nə zamansa qarşıma çıxar, amma ağlımla düşünüb, yox deyərəm. Bəlkə sabah bilmirəm kimsə hissimi cilovlayar... Amma yenə də istəmərəm. Sabah qarşıma yaxşı bir bəy də çıxsa, çalışacam ki, evlilik yolunda addım atmayım”.

Qeyd edək ki, Samirə ikinci dəfə prodüseri Rizvan Məmmədovla ailə qurmuşdu. Cütlük bir müddətdən sonra ayrılmışdı. Cütlük 2016-cı ildə yenidən barışdığını bildirmişdi. Hazırda onlar yenidən ayrılıb.


[media=https://youtu.be/Ym0zw7V4HUk]

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
247 221 204 231 274 235

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.