reklam
Uşaqları hansı yaşda sünnət etdirməli? Uşaqları hansı yaşda sünnət etdirməli? http://sun.az/uploads/posts/2018-02/1519310423_4de133.jpg
_official_

_official_ Məsləhətlər 22-02-2018, 18:40

Uşaqları hansı yaşda sünnət etdirməli?

Uşaqları hansı yaşda sünnət etdirməli?
Uşaqları hansı yaşda sünnət etdirməli?

Doğulan hər oğlan uşağı üçün vacib məsələlərdən biri sünnətdir. Bəziləri sünnət etdirmək üçün ilk ayları seçsə də, bir qisim valideyn bunun üçün uşağın böyüməyini gözləyir.

Bəs sünnət üçün ən uyğun yaş hansıdır?
Uşaq cərrahı Fuad Hüseynovun sözlərinə görə, bu əməliyyat üçün ən uyğun yaş seçimi 6 ay -2 yaş arası və ya 5 yaşından sonradır. Cərrah, 2-5 yaş arası uşağın fikrinin cinsiyyət orqanında olduğu üçün psixoloji travma ala biləcəyini bildirib.

Həkim valideynlərin, yeni doğulan uşaqların ağrını hiss etmədiyini düşündükləri üçün sünnəti ilk aylarda etməyə üstünlük verdiyini qeyd edib:

«Mənə ən çox verilən suallardan biri yeni doğulan körpələrin ağrını hiss edib-etməməsi ilə bağlıdır. Körpələr ağrını hiss edir. Sadəcə gücü zəif olduğu üçün bizə hiss etdirə bilmirlər. Həmçinin yeni doğulan zaman sünnət olunan uşaqların sonradan sidiyə getdiyi dəliyin daralma ehtimalı olur. Bu da ikinci əməliyyat deməkdir. Yeni doğum stresi yaşamış uşağa bir də sünnət stresi yaşatmaq məntiqsizdir».

Hüseynov hazırda ən çox məşhur olan «lazerlə ağrısız sünnət»in sadəcə reklam xarakteri daşıdığını və belə bir şeyin olmadığını vurğulayıb:

«Lazerlə sünnət edilmir. Cərrahiyyədə qanaxmanı dayandırmaq üçün istifadə olunan elektrik bıçağına reklam məqsədilə yalandan lazer deyirlər. Dünyanın bütün inkişaf etmiş müsəlman ölkələrində hazırda yerli ağrısızlaşdırma ilə sünnət edilmir. Sünnət özü də cərrahi əməliyyatdır. Narkozdan oyanmaz deyə dediyimiz təhlükə maşınla yol gedərkən qəzaya düşməyimiz qədərdir».

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
335 290 270 251 252 276

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.