reklam
8 Marta həsr edilmiş "Qu gölü" olacaq 8 Marta həsr edilmiş "Qu gölü" olacaq http://sun.az/uploads/posts/2018-02/1519287198_1.jpg
Kənan Heydərov

Kənan Heydərov Xəbərlər 22-02-2018, 12:13

8 Marta həsr edilmiş "Qu gölü" olacaq

8 Marta həsr edilmiş "Qu gölü" olacaq
8 Marta həsr edilmiş "Qu gölü" olacaq

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında martın 7-də Pyotr Çaykovskinin “Qu gölü” baletinin tamaşası keçiriləcək.

Teatrın Mətbuat xidmətindən axsam.az-a verilən məlumata görə, bu balet 8 Mart Beynəlxalq qadınlar gününə həsr olunub.


Tamaşada əsas rolları Rusiya Dövlət Akademik Böyük Opera və Balet Teatrının solistləri, balet artistlərinin beynəlxalq müsabiqələrinin laureatları - Alyona Kovalyova (Odetta-Odilliya) və Yakopo Tissi (Şahzadə Ziqfrid) ifa edəcəklər. Qeyd edək ki, Ziqfrid rolunun ifaçısı Y.Tissi İtaliya balet məktəbinin yetirməsidir.

Rusiyalı balet ustaları ilə bərabər tamaşada teatrımızın solistləri, xalq artisti Gülağası Mirzəyev, əməkdar artistlər - Samir Səmədov, Nigar İbrahimova, Makar Ferştandt, aparıcı solistlər - Elmira Süleymanova, Cəmilə Kərimova, Ayan Eyvazova, Failə Bolqarova, Mehman Mərdanov, Leyla Narimanidze, Dilarə Mehdiyeva iştirak edəcək və solo partiyalar və rəqslər ifa edəcəklər.

Tamaşanı xalq artisti, professor Cavanşir Cəfərov idarə edəcək.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
274 195 230 248 270 230

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.