reklam
Nənələrdən gözəllik məsləhətləri Nənələrdən gözəllik məsləhətləri http://sun.az/uploads/posts/2018-02/1519202628_1.jpg
Kənan Heydərov

Kənan Heydərov Maraqlı 21-02-2018, 12:43

Nənələrdən gözəllik məsləhətləri

Nənələrdən gözəllik məsləhətləri
Nənələrdən gözəllik məsləhətləri

İndiki dövrdə gözəllik vasitələri o qədər çoxdur ki, seçim arasında qalanda tərəddüd edir, qərar verməyə çətinlik çəkirik. Keçmiş zamanda isə, nənələrimizin barmaqla sayılacaq qədər təbii gözəllik vasitələri vardı. Və onların hamısı effektiv olmaqla yanaşı, həm də hər cibə uyğun idi. Onlardan bir neçəsini sizinlə bölüşürük.



Kəpəkdən azad olmaq üçün aspirindən istifadə edin. Bəli, bəli. Kəpək bir növ göbələk xəstəliyidir və asetilsalisilik asit onun inkişafını dayandırır. Baş dərisini kəpəkdən azad etmək üçün hər dəfə şampununuza 2 əzilmiş aspirin dərmanını əlavə edin və 2 həftə boyunca başınızı bu üsulla yumağa davam edin.



Saçlarınızın ipək və sağlam olması üçün saçlarınızı yuduqdan sonra onları alma sirkəsi ilə yaxalayın. Saçlarınızın daha yumşaq və parlaq olduğunu görəcəksiniz.


Yuxusuz gecədən sonra gözlərinizin altında qara torbalar yaranıbsa, kartofu yumru formada dilimləyib, dilimləri göz altlarınızda 15 dəqiqə saxlayın.


Qara nöqtələrə son qoymaq üçün bu reseptdən istifadə edin: 1 ç. q. bal, 1 ç. q. un və 1 ç. q. suyu qarışdırın. Pambıq diskini alınan kütləyə batırıb, problemli yerdə 10-15 dəqiqə saxlayın.


Sızanaqlardan qurtulmağa aloe bitkisi kömək edər. Aloe yarpağını iki yerə bölüb, içlik hissəsini sızanağın üzərində bir neçə dəqiqə saxlayın. İltihab aradan qalxacaq.



Sızanaqlara qarşı effektiv vasitələrdən biri də limondur. Limon şirəsini və suyu 1:1 nisbətində qarışdırın və problemli yerə çəkin. Dərinizin vəziyyəti 1 gecəyə qaydasına düşəcək.


Ətrin qalıcılığını artırmaq üçün onu soyuducuda saxlayın.


Allıq seçərkən dəri tonunuza uyğun allığı seçməyə biləyiniz kömək edəcək. Biləyinizi çimdikləyin. Dərinin aldığı rəng mükəmməl allığınızın rəngidir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
240 291 220 244 213 220

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.